çərşənbə axşamı 23 iyun 2026 - 16:19
Məhdəviyyət mövzuları (64) | Həzrət Məhdinin (ə.f) zühuru və hökumətində qadınların rolu və mövqeyi – birinci hissə

Hövzə / Qadınlar da cəmiyyətin kişiləri kimi ilahi məqsədlərinin həyata keçirilməsində öz rollarını yerinə yetirmək üçün bütün səylərini göstərməlidirlər. Onların iştirakı olmadan ilahi vədlərin gerçəkləşməsi mümkün olmayacaqdır. Məhz buna görə uca Allah həm kişi, həm də qadınları mənəvi dəyərlərlə bəzənməklə vəzifələndirir. Çünki yalnız saleh cəmiyyət və saleh insanlar yer üzünün varisləri ola bilərlər.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, “İdeal cəmiyyətə doğru” adlı silsiləvi məhdəviyyət mövzuları həzrət İmam Zamanla (ə.f) bağlı təlim və maariflərin yayılması məqsədilə hörmətli oxuculara təqdim olunur.

Zühur və həzrət Məhdinin (ə.f) hökuməti ilə bağlı mövzulardan biri qadınların mövqeyi və onların İmam Məhdinin (ə.f) zühur prosesində və hökumətində necə rol oynaya bilməsidir.

Bu mövzuya giriş üçün şəhid Ayətullah Xameneinin (r) qadınların siyasi və ictimai mövqeyi ilə bağlı Qurani-Kərimə əsaslanan baxışından bir hissə təqdim olunur:

“İslamda qadının beyəti, qadının mülkiyyəti, qadının bu əsas siyasi və ictimai sahələrdə iştirakı təsbit olunmuşdur:

«إِذَا جَائَکَ الْمُؤْمِنَاتُ یُبَایِعْنَکَ عَلَی أَنْ لَا یُشْرِکْنَ بِاللَّه»


"Ey Peyğəmbər! Mömin qadınlar heç bir şeyi Allaha şərik qoşmayacaqlarına, oğurluq və zina etməyəcəklərinə, uşaqlarını öldürməyəcəklərinə, özlərindən uydurduqları bir böhtanla gəlməyəcəklərinə (başqa kişilərdən olan uşaqlarını yalandan öz ərlərinə isnad etməyəcəklərinə) və yaxşı işdə sənə qarşı çıxmayacaqlarına dair beyət etmək üçün sənin yanına gəlsələr, onların beyətlərini qəbul et və Allahdan onların bağışlanmasını dilə! Şübhəsiz ki, Allah bağışlayandır, mərhəmətlidir." (Mumtəhənə/12). 
Qadınlar gəlib Peyğəmbərlə beyət edirdilər. İslam Peyğəmbəri demirdi ki, yalnız kişilər beyət etsin və onların qərar verdiyi hər şeyə qadınlar məcburən tabe olsunlar. Xeyr. Qadınlar da beyət edirdilər və bu ictimai-siyasi nizamın qəbulunda iştirak edirdilər.” (Bəyanatlar, qadınlarla görüş – 20 sentyabr 2000-ci il)

“Həmçinin İslam buyurur:

«وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِیَاءُ بَعْضٍ یَأْمُرُونَ بِالْمَعْرُوفِ وَیَنْهَوْنَ عَنِ الْمُنْکَرِ» (Tövbə/71), yəni mömin kişilər və mömin qadınlar cəmiyyətin qorunması və yaxşıya çağırış, pisdən çəkindirmə işində hamılıqla şərikdirlər. Qadın istisna edilməmişdir. Biz də qadını istisna edə bilmərik. İslam cəmiyyətinin idarə olunması və inkişafı hamının üzərinə düşür; qadının da, kişinin də — hər biri öz imkanları çərçivəsində.” ((Həzrət Fatimə (s.ə)-nin mövludu ildönümü ərəfəsində çoxsaylı nüfuzlu qadınlarla görüşdən çıxış – 1386/4/13 (4 iyul 2007-ci il))

Bununla yanaşı qeyd olunmalıdır ki, uca Allah Qurani-Kərimdə mənəvi dəyərlər üçün on əsas başlıq zikr etmiş və bu dəyərlərdə kişi və qadını bərabər və şərik qərar vermişdir. Elə dəyərlər ki, onlarla zinətlənmədən tövhid cəmiyyəti — İslamın kölgəsində formalaşmalı olan ideal ictimai nizam — əsla qurula bilməz.

«إِنَّ الْمُسْلِمِینَ وَالْمُسْلِمَاتِ وَالْمُؤْمِنِینَ وَالْمُؤْمِنَاتِ وَالْقَانِتِینَ وَالْقَانِتَاتِ وَالصَّادِقِینَ وَالصَّادِقَاتِ وَالصَّابِرِینَ وَالصَّابِرَاتِ وَالْخَاشِعِینَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِینَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِینَ وَالصَّائِمَاتِ وَالْحَافِظِینَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاکِرِینَ اللَّهَ کَثِیرًا وَالذَّاکِرَاتِ أَعَدَّ اللَّهُ لَهُمْ مَغْفِرَةً وَأَجْرًا عَظِیمًا.» (احزاب/ ۳۵)

“Şübhəsiz ki, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, itaət edən kişilər və itaət edən qadınlar, doğru danışan kişilər və doğru danışan qadınlar, səbir edən kişilər və səbir edən qadınlar, təvazökar kişilər və təvazökar qadınlar, sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, iffətlərini qoruyan kişilər və iffətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və Allahı çox zikr edən qadınlar — Allah onların hamısı üçün bağışlanma və böyük mükafat hazırlamışdır.” (Əhzab/35)

Bu baxımdan, bəşəriyyətin xilaskarı və onun hökumətinin qurulması yolunda qadınların rolunu inkar etmək mümkündürmü? Məgər qadınların ilahi missiyalardakı iştirakını görməməzlikdən gəlmək olarmı?

Qadınlar da cəmiyyətin kişiləri kimi, ilahi məqsədlərin həyata keçirilməsində öz vəzifələrini yerinə yetirmək üçün bütün səylərini göstərməlidirlər. Çünki onların iştirakı olmadan ilahi vədlərin gerçəkləşməsi mümkün deyil. Məhz buna görə uca Allah həm kişi, həm də qadını mənəvi dəyərlərlə bəzənməklə vəzifələndirmişdir. Çünki yalnız saleh insanlar yer üzünün varisləri ola bilərlər:


«وَلَقَدْ کَتَبْنَا فِی الزَّبُورِ مِنْ بَعْدِ الذِّکْرِ أَنَّ الْأَرْضَ یَرِثُهَا عِبَادِیَ الصَّالِحُونَ.» (انبیاء/ ۱۰۵)


“Biz Zikrdən (Tövratdan) sonra Zəburda da yazdıq ki, yer üzünə Mənim saleh bəndələrim varis olacaqlar.” (Ənbiya/105)

Yuxarıdakı izahlara əsasən aydın olur ki, qadınlar da kişilər kimi ilahi məqsədlərin həyata keçirilməsi yolunda ümumi vəzifə və məsuliyyətlər daşıyırlar. Bununla belə, qadınlar üçün xüsusi və özünəməxsus rollar da mövcuddur ki, bu barədə növbəti sayda danışılacaq.

Bu mövzuların ardı var...

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha